Öd kisəsi qaraciyərin arxasında və qarın bölgəsində yerləşən kisə formasında bir orqandır.
Medicina.az xəbər verir ki, öd yağların həzm olunması üçün qaraciyərin vəzili hüceyrələrinin fasiləsiz olaraq hasil etdiyi maddədir. Sözügedən maddə öd kisəsində yığılır.
Öd yaşıl - sarımtıl rəngdə, çox acı, neytral reaksiyalı maye halda məhsuldur. Daim ifraz olunur, ancaq həzm vaxtı onikibarmaq bağırsağa tökülür. Öd həzm olunmayan zaman öd kisəsinə toplanaraq, onun divarındakı vəzilərdən ifraz olunan seliklə qarışır. Qaraciyərdən gələn öd duru və açıq olur.
Öd kisəsində olan öd isə tünd, qatı və selikli olur. Öd mayesinin kimyəvi maddələrində disbalans yaranarsa, öd kisəsində daşlar əmələ gəlir. Öd kisəsində daşı yanlış qidalanma və az hərəkətli həyat tərzi yaradır. Öd kisəsində daş orqanizmdə xolesterin mübadiləsinin pozulması nəticəsində yaranır. Bu zaman qanda xolesterinin səviyyəsi yüksəlir, sonra onun kütləsi öddə artmağa başlayır.
Aşağıdakı kateqoriyadan olan insanlarda öd daşı riski yüksəkdir.
1. Artıq çəkili insanlar
2. 40 yaşdan yuxarı olanlar
3. Qadınlar (xüsusilə uşaq doğmuş)
4. Ailəsində öd kisəsində daş olanlar
5. Şəkərli diabet xəstələri
6. Çox yağlı qidalar qəbul edən şəxslər
7. Az vaxt ərzində sürətlə arıqlayan insanlar
Öd kisəsi daşları elə də böyük problemə səbəb olmur. Hətta ilkin əlamətləri büruzə verməsə, bir insan öd kisəsində daşların olmasında xəbərsiz olur. Problem yaradan daşlar qarın bölgəsində ağrıya səbəb olur. Ağrılar əsasən yağlı və ağır qida qəbulundan yarım saat sonra meydana gəlir. Ağrı bəzən sağ çiyin və beldə hiss olunur. Baş gicəllənməsi, qusma, yüksək temperatur, həzm problemi, şişlik, dəridə və gözün ağında sarılıq kimi simptomlarla müşahidə edilir.
Öd daşlarınından təbii üsullarla da xilas olmaq olar. Bunun üçün bir neçə respet mövcuddur.
Limon suyu - öd daşlarının səbəb olduğu ağrıları yox edən vasitələrdəndir.
İstifadə qaydası: Hər gün ac qarına 4 yemək qaşığı limon suyunu bir stəkan ilıq suya qatıb için. Hazırlanan maddəni bir neçə həftə davamlı qəbul etmək zəruridir.
Nanə çayı - sağlamlıq üçün çox faydalı bitkidir. Həmçinin, həzm sistemi və mədə üçün çox faydalıdır.
Hazırlanma qaydası: Bir stəkan suyu qaynadın. Daha sonra nanə qurusunu ovub, hazıladığınız suyun içinə bir çay qaşığı atın. 5 dəqiqə sobanın üstündə qaldıqdan sonra götürün. Hazırladığınız çaya zövqə görə bal da qarışdıra bilərsiniz. Nanə çayını bir ay hər gün qəbul etsək, öd daşları kiçilməyə başlayacaq.
Armud - lifli, həzmi asan və mineral baxımından çox zəngin bir meyvədir. Təbabətdə armudun bir çox faydaları var.
Hazırlanma qaydası: Yarım stəkan suya eyni miqdarda armud suyu və iki yemək qaşığı bal əlavə edib qarışdırın. Qarışımı iki həftə gündə 2 dəfə için. Bu reseptə alternativ olaraq, qabığı soyulub, çəyirdəkləri çıxardılmış armudun lətini 20 dəqiqə qaynadın. Qaynanmış armudu gündə iki dəfə yeyə bilərsiniz.
Ayna
Medicina.az