Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu kartof sizi öldürə bilər – ƏlamətlərDİQQƏT!

  • 2019.10.08 16:10
  • 8128 Baxış
 Bu kartof sizi öldürə bilər – Əlamətlər DİQQƏT!
Qida rasionumuzda hər gün istifadə etdiyimiz kartofun əslində bizi zəhərlədiyini bilirdinizmi? 


Medicina.Az xəbər verir ki, kartofun faydaları ilə yanaşı zərərləri də var. Düzgün şəraitdə saxlanılmayan kartof cücərib yaşıllaşanan zaman hətta bizi zəhərləyərək öldürə bilər. 




Türkiyəli dietoloq Beyza Kose, "Kartof yedikdən sonra ürək bulanması, boğaz ağrısı və baş ağrısı hiss edirsinizsə, dərhal xəstəxanaya gedin" - deyə xəbərdarlıq edib.  Onun sözlərinə görə, insan sağlamlığına bir çox müsbət təsir göstərən kartofun, məhsul yığımından əvvəl və sonra saxlanılmasına diqqət edilməsə, səhvlər səbəbindən qida zəhərlənməsinə və ya hətta insan ölümünə səbəb ola bilər.


Kartofda bitkilər, göbələklər, böcəklər kimi xarici amillərdən qorunmaq üçün bəzi zəhərli maddələr vardır. 


Yığımı və saxlanılmasında nöqsanları olduqda isə (saxlama temperaturu, məhsul yığımı və daşınması zamanı mexaniki zədələr, nəm, havalandırma və zərərli həşəratlar) bu zəhərli maddələr artır və insan həyatına təhlükə yaradır. Çünki kartofun tərkibində bu kimyəvi maddələrdən ən təhlükəlisi solanin var. 


Günəşdə və ya yüksək rütubətdə saxlanılan kartofda solaninin miqdarı artır. Artan solanin xlorofil sintezini stimullaşdırır və kartofun sarıdan yaşıl rəngə çevrilməsinə səbəb olur. Solaninin miqdarı artdıqca, zəhərlənmə təsirindən yaşıllaşma əmələ gəlir. Buna görə yaşıl ləkələr və ya tumurcuqları olan kartofu yeməkdən çəkinmək lazımdır.
 Bu kartof sizi öldürə bilər – Əlamətlər DİQQƏT!
 Bu kartof sizi öldürə bilər – Əlamətlər DİQQƏT!
 Bu kartof sizi öldürə bilər – Əlamətlər DİQQƏT!