2-ci tip şəkərli diabet dərmanlarının ürək tutuması ilə nəticədə biləcək ürək-damar xəstəliklərinə, insulta və amputasiyaya səbəb olması təsdiqlənib. "Qara siyahı”ya şəkərli diabetdə ən çox istifadə edilən "sulfonilmoçevin” və "bazal insulin” daxil edilib. Bu preparatları əsasən 2-ci tip şəkərli diabetin müalicəsi zamanı "metrormin”in qəbulundan sonra təyin edirlər.
Medicina.az xəbər verir ki, 132 737 nəfər diabet xəstəsinin üzərində aparılan arşdırmada bu preparatların orqanizmə mənfi təsiri təsdiqlənib. Məlum olub ki, "sulfonilmoçevin” preparatının qəbulundan sonra ürək-damar xəstəlikləri riski 36%, "bazal insulin”in qəbulundan sonra isə 200% artıb.
Buna görə də ekspertlər "metformin” preparatının qəbulundan sonra "liraqlutida”, "empaqliflozin” və ya "sitaqliptin” preparatlarının təyin olunmasının düzgün olduğunu bildirir.
Arzu
Medicina.az