Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diqqət: Beyin qanamasına səbəb olur – Çox istifadə edirsiz

  • 2019.11.20 17:48
  • 9677 Baxış
Diqqət: Beyin qanamasına səbəb olur –  Çox istifadə edirsiz
Alimlər şirniyyatlarda və içkilərdə istifadə olunan darçının həddindən artıq istehlak edilməsinin zərərləri  barədə xəbərdarlıq edib.Son zamanlar bazarda keyfiyyətsiz və ucuz darçın istifadə olunduğunu bildirən professor Dr. Erdem Yesilada qeyd edir ki, "Normalda," seylon "darçını əldə edilərkən qabığı çıxarılır və bundan sonra qurudulur".

 

Medicina.az xəbər verir ki, mütəxəssis tez-tez qəbul edilən darçın barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, seylon darçının qiyməti çox yüksəkdir. Bir qram seylon darçın üçün 0,1 milliqram kumarin var. Buna görə sağlamlıq üçün təhlükə yaratmır. Hər kəs, xüsusən də uşaqlar və yeniyetmələr asanlıqla desertlərinə və içkilərinə əlavə edə bilərlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, 70 kiloluq bir insanın ala biləcəyi kumarin miqdarı 7 milliqramdır. Buna görə də gündəlik istifadə etdiyimiz darçın məhsulları son dərəcə risklidir.

 

Kumarin qanı duruldur . Əgər darçını doğru dozada istifadə etsəniz, o zaman qanınızın durulması tarazlaşacaq. Ancaq çox miqdarda və yalnış istifadəsi qanla bərabər, beyin üçün də təhlükə yaradır. Belə ki, başınız xəfif dərəcədə də olsa bir yerə dəyərsə, beyin qanaması keçirmə riskiniz artır. Əgər siz kumarin və qan durulducu həbləri birgə istifadə edirsinizsə, bu sağlamlığınız üçün ziyanlıdır. 


Həddindən artıq istifadə qaraciyər fermentlərinə təsir göstərir və qəbul etdiyiniz dərmanların qana əlavə emalına və yan təsirlərə səbəb ola bilər. 


Saxta darçını necə müəyyən etmək olar? 


Yaxşı olar ki, bütün ədviyyatları bütöv halda alıb özünüz  üyüdəsiniz. Yox əgər hazır toz şəklində almısınızsa, o zaman təbii olub-olmamasını yoxlayın. Bunun üçün bir damcı yodu darçına əlavə edin. Əgər tünd göy rəng alındısa, deməli keyfiyyətli və təbii darçın deyil.
Diqqət: Beyin qanamasına səbəb olur –  Çox istifadə edirsiz