"Son dövrlər dünyada onurğa sütunu xəstəliklərindən əziyyət çəkən insanların sayının artması ilə bağlı fikirlər tamamilə həqiqətə uyğundur. Bunun bir səbəbi diaqnostika sahəsinin ilbəil daha da inkişaf etməsidirsə, digər önəmli səbəb insanların azhərəkətli həyat tərzi keçirməsi, fiziki aktivliklərinin azalmasıdır”.
Medicina.az xəbər verir ki, bu sözləri alman mütəxəssisi, vertebroloq, naturopat, biotənzimləyici təbabət üzrə ekspert (University Milan/ ÜST), dr. med. Gerhard Rays Bakıda Bioloji Təbabət klinikasında deyib. O bildirib ki, hazırda əksər şəxslər, hətta azyaşlı uşaqlar günün çox hissəsini kompüter qarşısında, oturaq vəziyyətdə keçirir: "Nəticədə əzələ zəifləyir, oynaqlara, fəqərə sütunundakı disklərə daha çox yük düşür. Bu isə öz növbəsində bir sıra onurğa sütunu xəstəliklərinin yaranmasına gətirib çıxarır.”
Qeyd edək ki, Biloji Təbabət klinikasında 26.01.18-ci il tarixinə qədər alman mütəxəssisi, vertebroloq-osteopat Dr. GERHARD RAYSın iştirakı ilə xəstə qəbulu başlayır.
Əgər siz də onurğa sütunu xəstəliklərindən əziyyət çəkirsinizsə, müraciət etməyə tələsin.
- Vertebral ağrılar
- Radikulit, lyumboişalgiya
- Skolioz, kifoz
- Osteoxondroz
- Fəqərəarası disk yırtığı
- Protruziya, sekvestrasiya
Qəbula əvvəlcədən yazılmağınız xahiş edilir:
Əlavə məlumat üçün: (012)(050)(055)(070) 430 89 89