Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dinozavrda xərçəng tapıldı - ARAŞDIRMA

  • 2020.02.19 12:07
  • 1800 Baxış
Dinozavrda xərçəng tapıldı -   ARAŞDIRMA

Hər il milyonlarla insanın ölümünə səbəb olan xərçəng xəstəliyinin dinozavrların dönəmində də olduğu aşkarlanıb.

Medicina.az xəbər verir ki, Kanadada tapılan milyonlar illər yaşı olan dinozavr fosillərində bu gün insanlar arasında sürətlə yayılan sümüy iliyi xərçəngi təsbit edilib.

İsrailli elm adamları, 66 milyon yaşında olduğu hesab edilən "hadrosor" fosilinin sümüklərini incələyib. Onun onurğasında aşkarlanan şişin insanlarda da görülən "langerhans hüceyrə histiyositozu" olduğu aşkarlanıb.

Alimlər bildirib ki, ilk dəfədir onlar bu xəstəliyə fosillərdə rast gəliblər.