Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dilin üzərində ağ, qalın ərp- Bədəni alt-üst edən KANDİDA nədir?

  • 2021.03.29 15:00
  • 3279 Baxış
Dilin üzərində ağ, qalın ərp - Bədəni alt-üst edən KANDİDA nədir?


Kandidoz orqanizmdə kandida sinfinə aid göbələklərin normadan artıq olmasıdır. İ

Əslində kandida göbələyi insan orqanizmində əvvəldən var olan və yaşayan bir göbələkdir. O, az miqdarda ağızda, dəridə, həzm sistemində olur. Normal səviyyədə olanda heç bir problem yaratmır.

Lakin müəyyən təsirlərdən, immunitetin zəifləməsindən bu göbələk çoxalıb, problemlər yarada bilər

Kandidozun ən ağır forması invaziv kandidozdur ki, bu zaman kandida göbələyi qanla ürək, beyin, göz və sümüklərə düşür.


Medicina.az son zamanlar yayılmış kandidoz xəstəliyinin səbəblərini təqdim edir:


-Şəkərli qidalar, rafinə olunmuş ərzaqlar, zərərli qidalanma, ağ un, çörək və s

-Spirtli içki qəbulu

-Xroniki stress, gərginlik

-Çox və uzun müddət antibiotiklər qəbulu

-Astma üçün steroidlər qəbulu

-Oral kontraseptivlər

-Zəifləmiş immunitet

-Piylənmə

-Autoimmun xəstəliklər

-Hamiləlik

-Şəkərli diabet


Əlamətləri:

Bu əlamətlər varsa, mütləq kandida yoxlanılmalıdır.

-Xroniki qəbizlik, qazlar, köp

-Anal və vaginal qaşıntı

-Xroniki yorğunluq

-Huşun dumanlanması

-Şirniyyata meyillik

-Depressiya, gərginlik, səbəbsiz ağlamaq

-Dilin üzərində ağ qalın ərp

-Hormonal disbalans, aybaşı pozğunluqları

-Həzm pozuntusu

-Dəridə qaşınma


Bu əlamətlər zamanı dəqiq kandidoz olub-olmamasl təyin olunmalıdır ki, boşuna xəstəlik axtarıb, mənasız müalicələrə pul sərf etməyəsiz.


Diaqnoz:


Kandida göbələyinin təyini üçün qan, sidik, nəcis analizi verilir, eləcə də selikli qişadan yaxma götürülür.


Müalicəsi dərman müalicəsi ilə yanaşı immuniteti möhkəmləndirmək, əsəbləri sakitləşdirmək lazımdır.

Xalq təbabətində də bu göbələyə qarşı metodlar var.