Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dilin üzərində ağ ərp - 7 xəstəliyin əlamətidir

  • 2022.09.05 15:51
  • 9885 Baxış
Dilin üzərində ağ ərp  - 7 xəstəliyin əlamətidir



Dilin üzərində hər gün ağ ərp insanı narahat etməli məqamdır. Çünki bu ən azı 7 xəstəliyin əlaməti ola bilər.

"Medicina" xəbər verir ki, terapevt Şot Kalandiy ağ ərpin orqanizmdə təhlükəli vəziyyətlərdən xəbər verdiyini deyib.

"Ağ ərp özlüyündə dəqiq göbələk və kandidadır. Göbələk infeksiyası artıq mədə-bağırsaq sisteminin zədələndiyini göstərir

Ağ ərp özü heç bir şikayət verməsə də ağızdan qoxu, ağız içində yara, iştahın küsməsi ola bilər.

Yağ turşuları ilə zəngin qidalar yeyən insanlarda xolesterin artdığından dildə ərp yarana bilər.

Ağız boşluğu kandidozunda da ağ qalın ərp olur.

Eləcə də digər patologiyalar ola bilər:

- Pankreatit - mədəaltı vəz

- Mədə xorası, qastrit

- QERB, reflüks xəstəliyi

- Öd kisəsi xəstəlikləri

- Bağırsaq mikroflorasının pozulması

- Antibiotiklərin təsiri

Dildə ağ ərp varsa, mütləq qastroenteroloqa getmək lazımdır.


Aygün Musayeva