Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dildəki çatlara görə xərçəng şübhəsi

  • 2022.11.15 17:00
  • 2957 Baxış
Dildəki çatlara görə xərçəng şübhəsi
Dildəki bəzi əlamətlər heç də ötəri deyil.

"Medicina" xəbər verir ki, onkoloq Vladimir Polyanskiy dil xərçənginin ilk əvvəl çatlar, yarıqlar formasında başlaya biləcəyini deyib.

"Dil, çənə, ağız boşluğu onkologiyası çox zaman dildə düyünlər, sızanaq kimi şişkinliklər və üzərinin çatlaması ilə özünü göstərir.

Eləcə də dil xərçəngini narahatlıq, xoş olmayan hissiyat, keyimə, yanma ilə hiss etmək olur.

Ağızda sağalmayan ağrılı yaralar da şübhə yaratmalıdır.

Əgər bu xoralar 12-15 gündən artıqdır sağalmırsa, mütləq həkimə gedin.

Artıq gecikmiş mərhələdə ağızdan yara qoxusu gəlir, həmin xoralar qaralır, dilin ətrafındakı düyünlər böyüyür.

Aygün Musayeva