Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dildə ağrılı yaraların səbəbi - xərçəng ola bilər

  • 2023.04.18 15:25
  • 2278 Baxış
Dildə ağrılı yaraların səbəbi   - xərçəng ola bilər
Dildə ağrılı yaralar xərçəng xəstəliyinin əlamətlərinən ola bilər.

“Medicina” xəbər verir ki, həkim – onkoloq Andrey Vorobyovun sözlərinə görə, tələbələrin birində dilindəki yaranən xərçəng xəstəliyi olduğu aşkarlanmışdı.

Belə ki, bir il ərzində ona antibiotiklər, ağrıkəsicilər, sürtmək üçün vasitələr dərmanlar yazılsa da, heç bir faydası olmayıb.

Ağzında yaranan yaraların imtahan stresindən qaynaqlandığını düşünən universitet tələbəsi xərçəng diaqnozu qoyulduqdan sonra əməliyyat olunub.

21 yaşlı Reyçel Morton xərçəngini müalicə etmək üçün bir neçə kurs kimyaterapiya və şüa terapiyasından keçib, həmçinin danışmağı yenidən öyrənmək üçün loqoped yanına gedib. 16 saatlıq əməliyyat zamanı dilinin üçdə ikisi çıxarılıb və yerinə budundan hazırlanmış yeni dil qoyulub.

Edinburqda yaşayan Reyçel xoraları ilk dəfə 2019-cu ildə görsə də, əvvəlcə onların stressdən qaynaqlandığını düşünüb. O, bir neçə dəfə həkimlə telefonla məsləhətləşib, həmçinin stomatoloqa getdi, hər ikisində antibiotiklər təyin olundu. Amma universitetin ikinci ilinə qədər xoralar o qədər ağrılı idi ki, dilini çıxara, içki qəbul edə bilmirdi.

Reyçılın sözlərinə görə, əvvəlcə bir-iki yara idi, amma bir il ərzində böyüyüb yayıldı və dilin bütün tərəfini örtdü. Yaralar qırmızı, çiy və ağrılı idilər. Ətrafında səpgilər var idi, demək olar ki, allergiyam var idi.

Nəhayət həkimlərin bir neçə müayinəsindən sonra Reyçel 2020-ci ilin noyabrında biopsiya üçün göndərildi. Ancaq bir neçə gün sonra 19 yaşında dil xərçəngi diaqnozu qoyuldu.

Həkimin sözlərinə görə, damaqda bu dəyişikliklər xərçəng əlaməti ola bilər.

• Dildə keçməyən qırmızı və ya ağ ləkə
• Keçməyəcək boğaz ağrısı
• Dildə keçməyən ağrılı yer (xora) və ya şişlik
• Udarkən ağrı

• Ağızda keçməyən uyuşma
• Dil üzərində ağrı və ya yanma

• Dilin hərəkəti və ya danışma problemləri

• Dildən səbəbsiz qanaxma (dilin dişləməsi və ya digər travma nəticəsində deyil)
• Qulaq ağrısı (nadir)

Günay Quluzadə