Təcili tibb yardım həkimləri və xəstələrin təzyiq yüksələn zaman dilaltına təzyiq dərmanı qoymaq metodu ürək xəstələrinə zərərlidir.
“Medicina” xəbər verir ki, məşhur həkim Myasnikovun sözlərinə görə, təzyiqə görə təyin olunan dil altı dərmanları evdə özbaşına qəbul etməyin.
Çünki dilaltı təzyiq dərmanların qəbulu zamanı nəinki, təzyiq, bütün orqanların təzyiqi sistematik şəkildə və tez aşağı düşür. Belə dərmanlar o dəqiqə təzyiqi bloklayır. Böyrək, ürək, beyin və digər orqanların təzyiqini həmin dəqiqə aşağı salır.
Dilaltı dərmanlar yalnız xəstəxanada və həkim nəzarəti altında qəbul edilməlidir.
Belə dərman qəbulu insult, infarkt və ölümə səbəb ola bilər.
Günay Quluzadə