Əksər insan səhər yeməyindən öncə dişlərini fırçalayırlar.
Bəs düzgün forması necə olmalıdır?
Medicina.az Saglamolun.az-a istinadən xəbər verir ki, Britaniya stomatoloqlar assosiasiyasının nümayəndələri dişləri gündə 2 dəfə 2 dəqiqədən az olmayaraq təmizləməyi tövsiyə edir.
2-ci dəfə dişləri yatmazdan əvvəl təmiləmək lazımdır. Birinci dəfə isə səhər yeməyindən əvvəl və ya sonra. Mütəxəssislərin sözlərinə görə, bu əhəmiyyətli deyil. Lakin dişlərinizi adətən səhər yeməyindən sonra təmizləyirsinizsə, bunu dərhal etməyin, 1 saat gözləyin. Yeməkdən dərhal sonra isə ağzınızı su ilə yaxalayın və ya bir neçə dəqiqə ərzində şəkərsiz saqqız çeynəyin.