Ortoped-travmatoloq Lev Dunaev hesab edir ki, daim ön və yan tərəfli dar ayaqqabı geyinmək barmaqların əyilməsinə, mazolların yaranmasına, ayaqların şişməsinə səbəb olur.
Medicina.az xəbər verir ki, mütəxəssis dikdaban geyinməyin digər nəticəsi kimi duruş dəyişikliklərindən bəhs edib.
“Dəyişən ağırlıq mərkəzi sizi hər addımda tarazlıq yaratmağa məcbur edir. Bu isə uzun müddətdə onurğa əyriliyi ilə müşayiət olunur”, - deyə həkim izah edib.
Bundan əlavə, hündür dabanlı ayaqqabı pərəstişkarları gluteal əzələlərin atrofiyası ilə üzləşə bilər.
“Çünki yükün yenidən bölüşdürülməsi səbəbindən ombalar işə daha az cəlb olunur” – həkim deyib.
Onun sözlərinə görə, dikdaban ayaqqabıların barmaqlarda, ayaqda və onurğada yaratdığı problemləri həll etmək çox vaxt mükünsüz olur. Odur ki, dikdaban geyinərkən iki dəfə düşünmək və bunun geridönülməz fəsadlara yol aça biləcəyini nəzərə almaq lazımdır.
Aysel