Gümrahlıq və enerji almaq üçün təkcə qəhvə yox, digər içkilər də var. Qəhvə içmək qadağan edilən insanlar onu bu içkilərlə əvəz edə bilər.
Bakupost.az xəbər verir ki, tibb elmləri namizədi, həkim dietoloq Dariya Rusakova qəhvəni nə ilə əvəz etməyin variantlarını açıqlayıb.
"Çay, çikoriy, kakao, itburnu dəmləməsi, eləcə də təbii yaşıl çay kofein kimi oyandırıcı təsir edir".
Lakin bu içkilərdən birini qəbul etdikdə həddən artıq oyanıqlıq, əsəbilik, həzm pozuntusu əmələ gələrsə, onu dərhal dayandırmaq lazımdır.
"Çikoriy tamamilə qəhvəni əvəz edə bilər. O, rəngi, dadı, effektinə görə qəhvəni xatırladır.
İtburnu dəmləməsi C vitamini ilə zəngindir, o da güc verir. Bəzi bitkilər var ki, onlar da çay kimi içildikdə stimuləedici təsir edir. Ona görə də qəhvə içməsəm, mümkün deyil deyənlər üçün çıxış yolu çoxdur".
Aygün Musayeva
BakuPost