Dietoloq Aniqa Qodart 4 Mart “Ümumdünya Piylənmə ilə Mübarizə Günü”ndə insanların arıqlamağına və uzun müddət tox hiss etmələrinə kömək edən qidalardan danışıb.
Medicina.az xəbər verir ki, dietoloq piylənmənin 2-ci tip diabet, ürək xəstəlikləri və bəzi xərçəng növlərinə səbəb ola biləcəyini diqqətə çatdırıb.
Bəs, hansı qidalar çəki atmağa kömək edir?
Qodardın fikrincə, artıq çəki ilə mübarizə zamanı üstünlük verilməli olan qidalar bunlardır:
KƏRƏVİZ
“Kərəviz arıqlamaq üçün tövsiyə etdiyim tərəvəzlər siyahısında birinci yerdədir. Bu tərəvəz “mənfi kalori” effektinə görə təriflənir. Kərəvizin kalorisi o qədər azdır ki, bədəniniz onu həzm etməyə bu tərəvəzin ehtiva etdiyindən çox kalori sərf edir. Kərəvizin tərkibindəki antioksidantlar da onu iltihab və xərçəng əleyhinə güclü vasitəyə çevirir”, - deyə Qodart vurğulayıb.
ALMA
Qodart bildirib ki, alma yüksək miqdarda lif ehtiva edir, bu da insanların daha uzun müddət toxluq hiss etməsinə səbəb olur:
“Beləliklə, onlar iştah və çəkini nəzarət altında saxlaya bilirlər. Alma arıqlamaq istəyənlər üçün əla seçimdir. Bu meyvə pəhriz lifi və pektinlə zəngindir ki, bu da orqanizmdə yağın mənimsənilməsini tənzimləməyə kömək edir”.
QIRMIZI GİLƏMEYVƏLƏR
"Çiyələk, qaragilə və moruq kimi meyvələrin tərkibində şəkər azdır, lakin antioksidant və lif yüksəkdir. Bu da onları arıqlatmaqla yanaşı şirniyyat ehtiyacınızı da qarşılayan möhtəşəm qəlyanaltıya çevirir”, - deyə Qodart qeyd edib.
NİŞASTASIZ TƏRƏVƏZLƏR
Qodardın sözlərinə görə, brokoli, gül kələmi və xiyar kimi tərəvəzlərdəki yüksək miqdardakı lif və su insanın özünü tox hiss etməsinə kömək edir. Odur ki, arıqlamaq və ya olduğu çəkidə qalmaq istəyənlər pəhrizlərinə mütləq bu qidaları daxil etməlidirlər.
Gül