Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dietoloq duzdan imtinanın hipertoniyaya təsir etmədiyini açıqladı

  • 2024.07.19 23:39
  • 1100 Baxış
Dietoloq duzdan imtinanın hipertoniyaya təsir etmədiyini  açıqladı
Duzdan imtina qan təzyiqinin aşağı düşməsinə zəmanət vermir.

Medicina.az xəbər verir ki, bu barədə “Daily Mirror”a dietoloq Tim Spektor məlumat verib.

Dietoloq qeyd edib ki, insan orqanizmi duzun pəhrizdən xaric edilməsinə demək olar ki, reaksiya vermir. Mütəxəssisin sözlərinə görə, bunun hipertoniyaya ümumiyyətlə heç bir təsiri yoxdur.

“Kalium duzu kəsməkdən daha çox fayda verir. Odur ki, kaliumla zəngin olan qidaları daha çox yeməlisiniz”, - deyə dietoloq qeyd edib.

Xatırladaq ki, iyul ayında Dalhousie Universitetinin (Kanada) alimləri oturmağı yüngül və orta səviyyəli fiziki fəaliyyətlə əvəz etməyin yaşlı qadınlarda hipertoniya riskini azaltdığını, kişilərin ürək sağlamlığına da yaxşı təsir etdiyini açıqlayıblar.


Aysel