“Xaricdə yaşayan diaspor fəalları arasında koronavirusdan vəfat edənlər də var”.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib.
Onun sözlərinə görə, xaricdə yaşayan diaspor fəalları arasında ailəlikcə koronavirusa yoluxanlar var:
“Ukrayna, Dağıstanda ailəlikcə virusa yoluxanlar var. Yoluxanlar və ölənlər barədə dəqiq məlumat vermək mümkün deyil. Bəzi diaspor fəalları bir-birini tanımır. Bir-birini tanıyanlar koronavirusa yoluxma ilə bağlı məlumat verirlər”.
V.Vahidqızı qeyd edib ki, İsveç Krallığının paytaxtı Stokholm şəhərində və ABŞ-da yaşayan iki soydaşımız koronavirusdan ölüb.