Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diareyanın səbəbləri - Qədim xalq təbabəti üsulu ilə müalicəsi

  • 2019.05.13 10:00
  • 21944 Baxış
Diareyanın səbəbləri -  Qədim xalq təbabəti üsulu ilə müalicəsi

Diareyanın ən çox rast gəlinən səbəbi virus mənşəli qastroenteritlərdir. Virus infeksiyası mülayim hesab edilir və bir neçə gün ərzində spontan olaraq aradan qalxır. Bu hala bəzən mədə qripi də deyirlər.

 

 

 Medicina.az diareyadan xilas olmaq üsulunnarını və digər məlumatları təqdim edir.

 

 

 
Qida zəhərlənməsi və səyahətdə olmaq diareyanın digər tez-tez rast gəlinən səbəblərindəndir. Bu növ diareyalar bir qayda olaraq bakteriya və parazitlərlə çirklənmiş qida məhsullarının və ya içkilərin qəbulundan sonra olur. Diareyanın digər səbəbi dərman maddələrinin qəbulu ola bilər.
Bir çox xəstəliklər mövcuddur ki, onların əsas əlamətlərindən biri diareyadır. Bu xəstəliklərin diaqnozu həkimin apardığı diaqnostik tədbirlərdən sonra müəyyənləşdirilir.

 

 

Diarreya törədicilər:

 

 
•    Laktosaya qarşı dözümsüzlük kimi malabsorbsiya sindromları •    İltihabi bağırsaq xəstəlikləri (kron xəstəliyi və xoralı kolit) •    Qıcıqlanmış bağırsaq sindromu •    Seliak xəstəliyi •    Zollinger-Ellison sindromu •    Avtomatik veya diabetic neyropatiya kimi sinir pozğunluğu •    Karsinoid sindromu •    Qastroektomiya (mədənin hissəvi çıxarılması)
•    Yüksək dozalı radiasiya terapiyası

 

 

İshalın xalq təbabəti üsulları ilə müalicəsi də var. Lakin unutmamaq lazımdır ki, mütləq həkimə müraciət edilməlidir. Qədimdən bu yana bir neçə sınanmış metod var ki, daim öz effektivliyini qoruyub saxlayır.

 

 

Qoz arakəsmələrinin ekstraktı:

 

 

300 qr qozu sındırdıqdan sonra ləpələrin arakəsmələrini toplayın, üzərinə 250 ml 40%-li spirt vəya araq tökün. Qaranlıq yerdə hərdən çalxalamaq şərti ilə 5-7 gün saxlayın, sonra süzün. Gündə 3 dəfə yeməkdən əvvəl 6-10 damcı ilıq su ilə birlikdə qəbul edin. Nəcis formalaşan kimi müalicəni dayandırmaq lazımdır, çünki ekstraktın uzuzn müddət qəbulu qəbizliyə gətirib çıxara bilər.

 

 

Ağcaqovaq dəmləməsi:

 

 

 

1 çay qaşığı yaşıl ağcaqovaq tumurcuğunu xırdaladıqdan sonra üzərinə 200 ml qaynar su töküb, 15-20 dəqiqə su hamamında dəmləyin. 40 dədidə saxladıqdan sonra süzün. Nəcis formalaşana qədər dündə 3 dəfə 1-2 xörək qaşığı qəbul edin.

 

 

Ballı qaraçörəkotu dəmləməsi:

 

 
2 xörək qaşığı qaraçörəkotu köklərini xırdaladıqdan sonra üzərinə 1 litr 40%-li spirt əlavə edin. Bir həftə saxladıqdan sonra ekstrakta 3 xörək qaşığı bal qarışdırıb daha iki həftə saxlayın. Nəcis formalaşana qədər gündə 2 dəfə 2 xörək qaşığı qəbul edin.