Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dializ xəstələri sərt karantin günlərində belə daşınacaq

  • 2020.06.12 17:32
  • 1740 Baxış
Dializ xəstələri sərt karantin günlərində belə daşınacaq



“Ötən həftə kimlərə icazə verilibsə, onlar bu həftə üçün müddəti uzada biləcəklər”.

Medicina.az xəbər verir ki, bunu “ASAN Xidmət”in sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, artıq 210 minə yaxın şəxs üçün icazə alınıb:

“ Dializ xəstələri sərtləşdirilmiş karantin günlərində 108 xidmətinə zəng edərək məlumat verəcəklər. “ASAN Xidmət” könüllüləri və nəqliyyat vasitələri ilə xəstəxanaya çatdırılacaq. TƏBİB-in verdiyi siyahıya görə, sərt karantin rejimi tətbiq edilən ərazilərdə 972 dializ xəstəsi var”.