Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dializ xəstələri övlad sahibi ola bilərmi?

  • 2022.11.25 14:19
  • 3331 Baxış
Dializ xəstələri övlad sahibi ola bilərmi?

Dializ müalicəsində olmanız sizin övlad sahibi olmağınız üçün maneə deyil.


"Medicina" xəbər verir ki, endokrinoloq Fərhad Burzu bu barədə maarifləndirici məlumat paylaşıb.


Uremiya kişilərdə həm potensiyaya, həm də spermatogenezə təsir etsə də sizin dünyaya normal övlad gətirməniz realdır.


Kişilərdə olduğu kimi, qadınlarda da uremiya həm libidoya, həm də reproduktiv qabiliyyətə təsir edir. Lakin bir cox xanımlarda heç bir pozğunluq olmaya da bilər. Bu cür pozğunluqları olan qadınlar isə çox asan şəkildə müalicə olunaraq ana ola bilər. Sadəcə olaraq bilməli olduğunuz bəzi məqamlər var:

"Sağlam qadınlarla müqayisədə sizin hamiləliyiniz daha risklidir.

Hamiləlik planlaşdırmaqdan öncə mütləq müalicə həkiminizə bildirin, çünki bəzi dərmanlarınız
hamiləlikdən öncə dəyişdiriləcək (məs: təzyiq dərmanlarınız)
Hamilə qaldığınızı ilk andan tıbbi personala bildirin, hamiləliyin ilk dövründən sizə xüsusi diyaliz
rejimi təyin olunacaq".

Onun sözlərinə görə, dializ xəstəsi ana ola bilər, amma ideal olanı hamiləliyi böyrək köçürəndən sonraya planlamaqdır.


Böyrək köçürənlər isə bilməlidir ki, ilk 1 ildə hamiləlik tövsiyə olunmur. Bu dövürdə hamiləlikdən
qorunmaq mütləqdir.

Aygün Musayeva