Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diabetlə bağlı 30 illik araşdırma yekunlaşdı: Belə qidalananlar...

  • 2024.07.05 12:00
  • 907 Baxış
Diabetlə bağlı 30 illik araşdırma yekunlaşdı:  Belə qidalananlar...
Diabetlə bağlı aparılan 30 illik araşdırmaya görə, doğru pəhriz bu xəstəliyə təsir edə bilər.

Medicina.az xəbər verir ki, şəkərli diabetdən qorunmağın düsturu 40 yaşdan etibarən sağlam qidalanmaqdır.

Tədqiqatlar göstərir ki, 40 yaşdan etibarən tətbiq edilən doğru pəhriz 70 yaşından sonra fiziki və zehni olaraq sağlam hiss etməyin açarı ola bilər.

Orta yaşda bol tərəvəz, tam taxıl və yağsız ət istehlakının illər sonra xroniki xəstəlikləri və idrak qabiliyyətinin azalmasına kömək etdiyi aşkar edilib.

1986-cı ildən bəri 4 ildən bir keçirilən pəhriz sorğuları əsasında 106 000-dən çox insanın məlumatları təhlil edilib.

İştirakçılar tədqiqatın başlanğıcında ən azı 39 yaşında olublar və onların heç bir xroniki xəstəliyi olmayıb.

30 illik araşdırma 8 sağlam qidalanma tərzindən birinə əməl edənlərin son nəticələrini ortaya qoyub. Həmin insanların 70 yaşına çatdıqda daha yaxşı formada olma ehtimalının 84 faiz artdığı müşahidə edilib.

Onlar daha çox meyvə-tərəvəz, bütöv taxıllar, doymamış yağlar, çərəzlər, paxlalılar və az yağlı süd məhsulları istehlak ediblər.

Karbohidratın məhdudlaşdırıldığı "hiperinsulinemiya pəhrizi"nə əməl edənlərin diabet olmaq ehtimalı 78 faiz azalıb.

Fayda baxımından "planetar pəhriz" ikinci, "Aralıq dənizi pəhrizi" üçüncü yerdə gəlib.

Harvard Universitetinin mütəxəssisləri digər həyat tərzi faktorları nəzərə alınsa belə, nəticələrin oxşar qaldığını bildiriblər.

Qocalıqda xəstəliklərdən əziyyət çəkməmək üçün vaxtında sağlam qidalanma tərzinə keçməyin əhəmiyyəyti vurğulanıb.

Nəticələrə görə, yüksək trans yağ, natrium, ümumi ət, qırmızı və işlənmiş ət istehlak edənlərin sağlam yaşlanma şansı çox aşağıdır.


Aysel

Diabetlə bağlı 30 illik araşdırma yekunlaşdı:  Belə qidalananlar...