Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diabetin qorxunc fəsadları - Ölümlə nəticələnə bilər - Xəbərdarlıq

  • 2023.03.06 09:14
  • 1190 Baxış
Diabetin qorxunc fəsadları -  Ölümlə nəticələnə bilər - Xəbərdarlıq
Vaxtında müdaxilə edilməsə, ölümlə nəticələnə bilər...

Bakupost.az şəkər xəstəliyinin fəsadlarından biri olan diabetik ayaq haqqında məlumat təqdim edir.

Diabetik ayaq, ayaqda sağalmayan yaralarla başlayır.

Diabet xəstələrinin təxminən üçdə birində bu problem yaranır. Xəstəlik xüsusilə şəkər səviyyəsinin normal idarə olunmadığı hallarda meydana gəlir.

Uzun müddət normada olmayan, yüksək şəkər sinirləri və damarları zədələyir. Bu zədə ayağın qoruyucu hissiyatının itirilməsinə gətirib çıxarır. Damarların zədələnməsi diabet xəstələrinin təxminən yarısında ayaqlara az qan axınına səbəb olur. Bu iki vəziyyətin birləşməsi ilə ayaqda əvvəlcə sağalmayan yaralar və xoralara səbəb olur.

İnfeksiyaya qarşı həssaslıq olduğu üçün bu yaralar çox qısa müddətdə yoluxur. Təəssüf ki, şəkərli diabet xəstələrində bu infeksiya çox sürətlə irəliləyir və irəlilədikcə ayağı zədələyərək daha da yayılır. Hətta ölümə qədər uzanır.

Ona görə, diabet xəstələri ayaqla bağlı problemlərdə dərhal həkimə müraciət etməlidir.