Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diabetin açıq əlaməti nədir? - Tez-tez qaçırırsınız

  • 2023.04.29 09:46
  • 5296 Baxış
Diabetin açıq əlaməti nədir? -  Tez-tez qaçırırsınız
Həkimlər diabetin demək olar ki, bütün yaş qruplarında adi bir xəstəliyə çevrildiyini bildirirlər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, diabet xəstəliyini müəyyən etmək çox çətindir.

Xəstəliyin ən çox görülən əlamətləri tez-tez sidiyə getmə, daimi susuzluq və xroniki yorğunluqdur. Ancaq həkimlər deyirlər ki, bu həmişə belə olmur.


Mütəxəssislərin fikrincə, dəri üzərində papillomaların olması II tip diabetin inkişafına siqnal verə bilərlər.

Həmçinin papillomalar kollagen lifləri və qan damarlarından ibarət kiçik dəri formasiyalarıdır. Onlar əsasən boyun, qoltuqaltında görünür.

Qeyd edək ki, papillomalar ən çox diabet inkişaf riski yüksək olan kilolu və obez insanlarda tapıla bilər.