Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diabeti illər əvvəldən xəbər verən gizli əlamət

  • 2024.05.24 12:22
  • 1176 Baxış
Diabeti illər əvvəldən xəbər verən  gizli əlamət
Qəfil şəkildə ayağa qalxdığınız zaman başgicəllənmə və ya huşsuzluq hiss edirsiniz? Araşdırmaya görə, bu, sonrakı illərdə diabetlə üzləşəcəyinizin əlaməti ola bilər.

Medicina.az xəbər verir ki, macarıstanlı tədqiqatçılar 2-ci tip diabet riski olan xəstələrdə ürək xəstəlikləri səbəbindən ürəyə təsir edən sinir zədələnmələrinin altı dəfəyə qədər çox olduğunu aşkarlayıblar. Mütəxəssislər iddia edirlər ki, neyropatiya adlanan bu vəziyyətin simptomları zəiflik və başgicəllənmədir. Bunlar diabet diaqnozu qoyulmazdan bir neçə il əvvəl ortaya çıxır.

Neyropatiya sinirlərin zədələnməsi mənasını verən tibbi termindir və hazırda diabetin məlum olan simptomlarından biridir.
Semmelweis Universitetinin tədqiqatçıları deyirlər ki, xəstələr diabet tam inkişaf etməmişdən əvvəl bu zərərin incə əlamətlərini göstərirlər. Onlar əldə etdikləri bu nəticələrin diabet riski olan xəstələrdə neyropatiya əlamətlərini izləmək və sonra sinir zədələnməsini yavaşlatmaq və ya qarşısını almaq üçün istifadə edilə biləcəyini iddia edirlər.

Bilidirlir ki, uzun müddətdə bu vəziyyət sinir zədələnməsinə səbəb olur və hansı sinirlərin təsirləndiyindən asılı olaraq müxtəlif simptomlar üzə çıxır. Əsasən ayaqlarda və əllərdə uyuşma, yanma hissi, ağrı, kramp və zəifliyə səbəb olan periferik neyropatiya adlanan vəziyyətlə nəticələnir və sonra bu hallar bütün əzalarda müşahidə edilə bilər.

Şəkərli diabet xəstələrinin qarşılaşa biləcəyi digər nevropatiya növlərinə hissiyyat problemləri, orqanlarının qəbul etdiyi siqnallar və əllərini idarə etmək qabiliyyəti daxildir.

“Frontiers in Endocrinology” jurnalında dərc olunan araşdırmada tədqiqatçılar şəkərli diabet riski yüksək olan insanların sağlam insanlarla müqayisədə parasimpatik neyropatiya adlı bir növə tutulma ehtimalının 5,9 dəfə çox olduğunu müəyyən ediblər.

Tədqiqatda şəkər xəstəliyinə tutulma riski yüksək hesab edilən 44 nəfərin sağlamlıq testlərinin nəticələri müqayisə edilib. İştirakçıların ürək döyüntüləri ölçülüb və ağrı, yanma və uyuşma kimi hisslərə necə reaksiya verdiklərini öyrənmək üçün müayinə ediliblər. Tədqiqatda xüsusilə vurğulanıb ki, ürəklə əlaqəli sinir zədələnməsi növü olan kardiyak avtonom neyropatiyaya (KON) da diabet riski olan qrupda 5,9 dəfə daha çox rast gəlinib. Onun simptomları arasında çox məşq edə bilməmək və aşağı qan təzyiqi daxildir. Bu, həmçinin ayağa qalxdığınız zaman başgicəllənmə və ya huşunu itirmə hissi yarada bilər.


Aysel