Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diabet xəstəliyindən əməliyyatla xilas olmaq mümkündür- Şəkər xəstələrinə fürsət - MÜSAHİBƏ

  • 2020.02.27 21:56
  • 18656 Baxış
Diabet xəstəliyindən əməliyyatla xilas olmaq mümkündür-  Şəkər xəstələrinə fürsət - MÜSAHİBƏ


Dünyada hər 11 insandan biri diabet (şəkər) xəstəliyindən əziyyət çəkir. Olduqca geniş yayılmış xəstəliyin tip 1 və tip 2 olaraq bilinən formaları vardır.

Tip 1 diabet ümumi xəstə sayından 10%-də görülür və uşaq vaxtından başlayır. Səbəbi isə genetik pozuntular nəticəsində mədəaltı vəzdə yerləşən insulin ifraz edən hüceyrələrin zədələnməsidir.

Tip 2 diabet isə orta və irəli yaşlarda başlayan və 90% xəstələrdə əsas mexanizmi isə insulin ifraz edən hüceyrələrinin funksiyasının azalması olan diabet formasıdır.

Tip 2 diabetin səbəbləri artıq çəki, bədəndə artmış piylənmə, insulin müqaviməti, genetik meyillilik, stress, yüksək kaloriyalı qidalar qəbulu və digər səbəblərdir. Bu, xroniki bir xəstəlikdir, müalicə olmazsa ürək-damar xəstəlikləri, infarkt, korluq, böyrək çatmazlığı, insult kimi həyati təhlükə daşıyan xəstəliklərə yol aça bilər.

Son 10 ildə tip 2 diabet müalicəsində cərrahi üsullar tətbiq edilir, bu əməliyyatlar “metabolik cərrahi” adı ilə bilinən qrupa daxildir. Aparılan çalışmalar metabolik cərrahiyyənin diabet müalicəsində uğur faizinin 90-98% arasında olduğunu göstərir.

Medicina.az "FAMAX Medical Tourism" şirkətinin rəhbəri, tibbi ekspert, kardiologiya uzmanı İlkin Babayevin diabetik cərrahiyyə mövzusunda müsahibəsini təqdim edir:
- Əgər şəkər xəstəliyi xronikdirsə, metobolik cərrahiyyə necə kömək edir?


- Tip 2 diabet xəstəliyi mədəaltı vəzin insulin ifrazının azalması ilə meydana gəldiyini bilirik. Alimlər nazik bağırsağın son hissəsində GLP-1 hormonu ifraz edən hüceyrələri aşkarlamışdır. Bu hormon mədəaltı vəzdəki insulin ifraz edən hüceyrələrin insulin ifrazatını xeyli dərəcədə artırır. Eyni zamanda bu hüceyrələrin say olaraq da artmasına da təsir edir.

Diabet əməliyyatı (tibbi adı ilə ileal interpozisiya) vaxtı cərrah GLP-1 ifraz edən hüceyrələrin yerləşdiyi nazik bağırsağın son hissəsini başlanğıc hissəsi ilə yerini dəyişdirir. Eyni zamanda mədənin ghrelin adlı aclıq hissi oyandıran hormon ifraz edən hissəsini də götürərək mədənin həcmini azaldır.

Nəticədə əməliyyatdan sonra xəstə həm daha az yemək ehtiyacı duyur, həm də mədəaltı vəzi daha çox insulin ifraz edərək diabet xəstəliyindən xilas etmiş olur.

- Bu əməliyyat bütün diabet xəstələri üçün uyğundurmu?

- Xeyr, əməliyyatın uğurla nəticələnməsi üçün müəyyən kriteriyalar var. Xəstənin əməliyyata uyğun olub olmamağını öyrənmək üçün cərrah mədəaltı vəzin rezerv imkanlarını ölçmək üçün bir neçə qan analizi təyin edir. Bu analiz nəticələri kafidirsə, xəstə əməliyyatdan maksimal fayda görəcək deməkdir və əməliyyat tövsiyə edilir.

Türkiyədə artıq çəki və diabet xəstəliyi ciddi səviyyədədir və metabolik cərrahiyyə üçün müraciət edən xəstə gündən günə artır. Bu səbəbdən Türkiyəyə və xüsusən İstanbula metabolik cərrahi üçün xarici ölkələrdən gələn xəstə sayı da hər il artır.

Diabet xəstəliyindən əməliyyatla xilas olmaq üçün şansın olub olmamasını bu işin uzmanı ilə ən azı dəqiqləşdirmək üçün müayinə mütləqdir. Bunun üçün Azərbaycandan olan həmvətənlərimizə FAMAX bu imkanı elə Bakıda yaradır.

Xatırladaq ki, İstanbulda diabet və arıqlama əməliyyatları ilə məşqul olan Medikal Park Pendik xəstəxanasının cərrahı Dr Samet Yardımcı 13 və 14 Mart tarixlərində Bakıda Milan Hospitalda xəstə qəbulu aparacaqdır. Xəstələr müraciət üçün yazıla bilərlər.


Qəbula yazılmaq üçün telefon:
(012) 409 90 91
(012) 409 90 92
(050) 378 43 29

Ünvan: Bakı, Nərimanov rayonu,
Əhməd Rəcəbli küç 1/21

FAMAXLA əlaqə:
050 444-30-20