Diabet xəstələri qidalanmalarına xüsusi olaraq diqqət yetirməlidirlər.
Medicina.az diabet xəstələri və pəhrizdə olanlar üçün şəkərsiz pankek reseptini təqdim edir:
Tərkibi:
2 yumurta
1 xörək qaşığı bal
1 çay qaşığı soda
1 stəkan süd
1 + 1/4 stəkan un
1 paket vanil və ya 1 xörək qaşığı vanil ekstraktı
1 xörək qaşığı darçın
Hazırlanması:
Bir qabda yumurta, süd və balı mikserlə qarışdırın. Un, soda, vanil və darçını əlavə bir qabda qarışdırıb yumurtalı qarışığa əlavə edin. Tavanı qızdırın, qarışıqdan 1 çömçə tökün və təxminən 2-3 dəqiqə ikitərəfli bişirin.