Şəkər xəstələri tez-tez susayır, ona görə gündə normadan çox çay içir. Əslində qara çay da, yaşıl çay da düzgün istifadə olunduqda müalicə təsiri də verə bilər.
Bunun üçün keyfiyyətli, yüksək sort yarpaqlı çay növləri seçmək lazımdır. Eləcə də şəkər xəstələri üçün faydalı ola biləcək digər çay növləri də var.
Yaşıl çay
Qara çaydanda diabetiklər məhz yaşıl çayı çox içməlidir.
Bu çay:
- İnsulinin orqanizmdə mənimsənilməsini yaxşılaşdırır
- Böyrəklərin süzmə qabiliyyətini artırır
- Mədəaltı vəzə xeyirlidi
- Maddələr mübadiləsini tənzimləyir
- Piyləri əridir
- Şəkərli xəstələrin gündəlik iş qabiliyyətini artırı
Gündə 3 stəkan yaşıl çay normadır.
İvan çay
Bu çay elə bu adda da satışda var. Qədim Rusiya xalqlarının çayı hesab olunur, bitki tərkiblidir
Diabet xəstələrində sinir uclarının məhv olunmasına qarşıdır, əsəb sistemini sakitləşdirir.
Bu çay endokrin sistem, mədəaltı vəz üçün ən yaxşı çay hesab olunur.
İmmuniteti qaldırır, artıq çəkini azaldır.
Lakin tromb, tromboz, varikozu olanlara bu çay olmaz.
Gündə 3 fincandan artıq olmaz.
Karkade – qırmızı çay
Hibiskus və Sudan qızılgülü ləçəklərindən alınır.
Turşməzə dadı və tünd qırmızı rəngi var.
Yüksək təzyiq, diabet xəstələri üçün dərmandır.
- Qan dövranını yaxşılaşdırır
- İmmuniteti yüksəldir
- Sinir sistemini sakitləşdirir
- Sidikqovucudur
- Qanda şəkəri tənzimləyir
- Təzyiqi salır
Çox içmək olmaz. Yuxu gətirir.
Bitki qarışımı çayları – çobanyastığı, cökə çiçəyi, atpıtrağı
Diabet xəstələri üçün apteklərdə hazır bitki yığnağı çayları var. Onlar məhz qanda şəkəri salmaq üçündür. Onlardan almasaz, yuxarıdakı otlardan alıb, hərəsindən 1 xörək qaşığı miqdarda qarışdırıb, faydalı çay hazırlaya bilərsiz.
Qarışımı şüşə qabda saxlayın, hər gün termosda bu qarışımdan 1 xörək qaşığı dəmləyin.
Gündə 2 stəkan, çox olmaz
Çaya qənd, şəkər tozu qatmaq, mürəbbə, konfetlə içmək olmaz. Quru meyvə, xurma, çərəz, qara şokoladdan istifadə edə bilərsiz.