Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diabet və təzyiq xəstələri üçün göz peyvəndi – Yeni üsul

  • 2019.02.22 12:31
  • 7352 Baxış
Diabet və təzyiq xəstələri üçün göz peyvəndi –  Yeni üsul

Son zamanlar şəkər və yüksək təzyiq xəstələrinin görmə qabiliyyətini bərpa etmək üçün yeni prosedurdan - göz peyvəndindən istifadə edilir.  


 

Oftalmoloq Cahid Şahbazov Medicina.az -a Azərbaycanda çox da populyar olmayan bor prosedur haqda - göz peyvəndi barədə məlumat verib.

 

Bu prosedur yüksək qan təzyiqi və şəkəri olan xəstələrə tətbiq edilir.  Bu cür xəstələrin göz dibində qansızmalar olur ki, nəticədə də xəstələrin görmə qabiliyyətləri azalır. Preparatın dozası xəstəliyin gedişatına və ağırlığına görə təyin edilir. Bəzi xəstələrdə proseduru  bir dəfə tətbiq etməklə bəzilərində isə daha çox tətbiq etməklə müsbət nəticə əldə edilir. Daha sonradan göz dibinə qan yığılmasının da qarşısını alır. Dərman göz dibinə inyeksiya şəklində tətbiq edilir.


Preparat damarlardakı trombları əridərək damarları keçiriciliyini bərpa edir. Nəticədə gözün qan dövranı düzəlir. 

Ümumiyyətlə, diabet və yüksək təzyiq xəstələri mütəmadi olaraq heç olmasa 6 aydan bir göz diblərini yoxlatdırmalıdırlar. 


Bu prosedur göz dibinin müayinəsindən sonra həkim tərəfindən təyin edilir.

 

Arzu

Medicina.az