Yəqin ki, müasir kosmetika brendlərinin "aluminum free" adı altında təqdim etdiyi dezodorantlara tez-tez rast gəlirsiniz. Bu məhsulun tərkibində alüminium elementinin olmadığına işarə edir. Ağır metalların insan həyatına mənfi təsir etməsini nəzərə alaraq bu cür vasitələrdən istifadə etmək faydalı hesab edilir.
Bəs görədən gigiyena vasitələrinin tərkibində olan alüminium elementi həqiqətən də sağlamlıq üçün təhlükəlidirmi?
Medicina.az bu suala cavab axtarıb:
İstehsalçılar alüminium elementinin dərinin dərin qatların nüfuz edərək tər vəzilərini bağladığına görə bir çox gigyenik vasitələrə əlavə edirlər. Dermatoloqların bildirdiklərinə görə, əgər sizin alüminiuma allergiyanız yoxdursa, o zaman siz bu cür vasitələrdən rahatlıqla istifadə edi bilərsiniz. Bəzi hallarda isə alüminiumun xərçəng risqi yaratdığı bildirilir.
Lakin bu fikir həqiqətə əsaslanmır. Hətta ABŞ Milli xərçəng İnstitutu qoltuğa sürtülən dezodorantın süd vəzi xərçəngini əmələ gətirməsi fikrini təsdiqləmir. 2014-cü ilin hesabatına görə, alüminium tərkibli antiperspirantlar istifadə edən qadınlarda, ondan istifadə etməyən qadınlara nisbətən daha az xərçəng xəstəliyi diqnotika olunur.
Bir çox ekspertlərin fikrincə, alüminium yüksək miqdarda qanla birbaşa təmasda olduqda toksik təsir göstərir. Buna görə də söyləmək olar ki, dezodorantların tərkibində olan alüminium həmin miqdarda və yerli istifadə zamanı sağlaımlıq üçün heç bir risk daşıır. Əgər alüminiumu tamamilə həyatınızdan çıxarmaq istəyirsinizsə o zaman ilk növbədə folqadan və alüminium qazanlardan imtina edin.
Arzu
Medicina.az