Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Deyirlər ki, xərçəngəm…” - Faytonçu Nazim

  • 2017.08.16 17:43
  • 11613 Baxış
“Deyirlər ki, xərçəngəm…” -  Faytonçu Nazim
"Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari səhhəti barədə danışıb. 


Medicina.az-ın məlumatına görə, lent.az-a açıqlama verən ifaçı bildirib ki, hazırda özünün yaxşı hiss edir: 


"Mənim öd kisəmdə problemlər var idi. İlk öncə Azərbaycanda əməliyyat olundum. O əməliyyat çox uğursuz oldu. Ona görə də dərhal İsrailə getdim. Daha sonra Bakıya qayıtdım, amma bu da son olmadı. Əməliyyat olunmağım üçün Türkiyəyə getdim və orada mənə kömək etdilər. İndi yavaş-yavaş özümü yaxşı hiss edirəm”.

 

İfaçı xərçəng xəstəsi olması xəbərinə də münasibət bildirib: 


"Deyirlər ki, xərçəngəm. Amma bu yalandır. Bilmirəm ki, bunu kim uydurub. Sadəcə, dəfələrlə narkoza girdiyimə görə bu hala qalmışam. Xərçəng xəstəsi deyiləm”. 


N.Pişyarı onu da əlavə edib ki, sentyabrdan verilişlərə, toylara gedəcək: 


"Hələ ki, heç bir yerə çıxmıram. Evdə oluram. Sentyabrdan etibarən verilişlərə, el şənliklərində iştirak edəcəm. Mənə görə narahat olan hər kəsə də təşəkkür edirəm”.