Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Dəvə qripi”nə yoluxan hər üç nəfərdən biri ölür

  • 2024.02.20 20:06
  • 1030 Baxış
“Dəvə qripi”nə yoluxan hər üç nəfərdən biri ölür
Ölüm nisbəti 36 faiz olan “dəvə qripi” (MERS) səbəbilə yeni epidemiya qorxusu yaşanır.

Medicina.az xarici mediaya istinadən bildirir ki, xəstəliyə yoluxma hallarının üçdə biri ölümlə nəticələnir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Səudiyyə Ərəbistanında 2023-cü il avqustun 13-dən 2024-cü ilin 1 fevralına qədər iki kişi və iki qadına “dəvə qripi” diaqnozu qoyulduğunu açıqlayıb.

Onlar 59-93 yaş aralığında idilər və qripi daha ağır keçirmələrinə səbəb ola biləcək xəstəlikləri vardı.

Yoluxmuş dörd nəfərdən birinin dəvə sahibi, digərinin isə dəvə sahibi ilə qohum olduğu ortaya çıxıb. Digər iki halda isə dəvələrlə birbaşa və ya dolayı əlaqə olmayıb.

Yoluxmuş şəxslərdə qızdırma, öskürək və nəfəs darlığı kimi tipik simptomlar müşahidə edilib. Onlardan biri 19 oktyabr 2023-cü ildə, digəri isə 24 dekabr 2023-cü il tarixində ölüb.

“Dəvə qripi” nisbətən yeni xəstəlikdir və ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında aşkar edilib. O vaxtdan bəri 2,200 yoluxma və 939 ölüm baş verib.

Xəstəliklərin əksəriyyəti Ərəbistan yarımadasında qeydə alınıb, lakin 2018-ci ildə Britaniyada da görülüb.

Koronavirus ailəsinin üzvü olan MERS Covid-19-dan daha öldürücü, lakin daha az yoluxucudur.