Dəlikli, deşilmiş bağırsaq sindromu tibdə konret xəstəlik və diaqnoz deyil. Bununla belə bir çox həzm, mədə-bağırsaq xəstəliklərinin səbəbkarı kimi son günlər bu termin dəbdədir. Xüsunə alternativ təbabətdə.
Deşilmiş bağırsaq sindromu – bağırsaqların divarının, selikli qişasının zədələnməsi, mini travmaları, nazikləşməsidir, bu zaman bağırsaqda olan iri hissəciklər, toksinlər qana keçir. Təbii ki, bu vəziyyət insanın sağlamlığında, əhvalında, həzmində özünü göstərəcək.
Medicina.az deşilmiş bağırsaq sindromunun 7 əsas əlamətini təqdim edir:
1. Bəzi qida və yeməklərə qarşı həssaslığın artması, onları yedikdən sonra özünüzü pis hiss etmək, sanki halsızlaşma. Bunlara aiddir süd, yumurta, qarğıdalı, qlüten, buğda çörəyi,sitrus meyvələri. Bunları zamanla menyudan çıxarın və vəziyyətə baxın. Əgər yaxşı olursuzsa, deməli 90% dəlikli bağırsaq sindromu var.
2. Qlütenə həssaslıq, dözümsüzlük
Deşilmiş bağırsaq sindromunun əsas səbəbi və törədicisi də müasir buğdada olan qlütendir. Qlütenlə bu xəstəlik yanaşı gedir. Bunu necə bilmək olar? Əgər çörək, makaron, düyü, buğda tərkibli qida yedikdən sonra qarın köpürsə, həzm pozulursa, özünüzü pis hiss edirsizsə, deməli bu spesifik zülalı həzm edə bilmirsiz. Qlüten həssaslığını xüsusi qlüten analizi ilə təyin etmək olur.
3. Oynaqlarda səbəbi bilinməyən ağrılar
Dizlərdə, qollarda oynaq ağrılarının yaranmasının bir səbəbi də deşilmiş bağırsaqlardır. Əgər revmatoloq müayinədə ciddi oynaq xəstəliyi görmürsə, lakin ağrı varsa, əmin olun ki, bu deşilmiş bağırsaqdandır.
4. Həzmlə bağlı bitmək bilməyən problemlər
Xroniki mədə-bağırsaq, həzm problemləri – köp, ürəkbulanma, gəyirmə, ishal, qəbizlik, ağrılar hamısı deşilmiş bağırsaqdan qaynaqlanır. Qastroenteroloq müalicə yazır, yaxşı olursuz, müalicə dayanan kimi yenidən hər şey təkrarlanır.
5. Üzdə, bədəndə daim sızanaqlar
2018-ci ildə aparılan tədqiqatlar göstərib ki, üzdə sızanaq və akne ilə deşilmiş bağırsaq arasında əlaqə var.
6. Qanda şəkərin yüksəlməsi
Bağırsaqdakı qida və toksin hissəcikləri qana keçdikdə, bu iltihaba və şəkərin yüksəlməsinə səbəb olur.
7. Əsəb sisteminin pozulması, yorğunluq, depressiya
Deşilmiş bağırsaq sindromu olan hər bir şəxs depressiv və pis əhvalda olur.