Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dərsdə halı pisləşən 15 yaşlı şagird öldü

  • 2025.02.05 16:15
  • 191 Baxış
Dərsdə halı pisləşən  15 yaşlı şagird öldü

Mingəçevir İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə dərs zamanı halı pisləşən şagird ölüb.

“Qafqazinfo”nun məlumatına görə, 2010-cu il təvəllüdlü Yusif Yusifov 1 ay əvvəl ürək əməliyyatı keçiribmiş.

Bu gün dərsdə Y.Yusifovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya aparılan şagirdin həkiməqədər ölümü baş verib.


TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 10:47-də Mingəçevir şəhəri, İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2010-cu il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.