Vitiliqo – autoimmune dəri xəstəliyidir, bu zaman dərinin öz hüceyrələrini məhv etməsidir. Bu zaman dəridə melanin piqment ləkələri yaranır.
Bakupost.az xəbər verir ki, Kaliforniya universitetinin dermatoloqlar dəri hüceyrələrinin metobolizminin pozulmasının səbəbini yeni elmi araşdırmada təhlil ediblər.
Melanositlərin dağılması CD8 T hüceyrələrinin hücumu nəticəsində baş verir, lakin bu prosesin konkret yaranma səbəbi əsaslandırılmamışdı.
“Biz RNT təkhüceyrəlilərini çoxfotonlu mikroskopiyada birləşdirərək, insan dərisinin üst səthinin keratinositlərinin subpopulyasını aşkar etdik. Vitiliqo ilə zədələnmiş dəridə stabil olaraq bu proses gedib. Dərinin hüceyrə səviyyəsində belə dəyişimi xəstəliyi davamlı və xroniki edir” – deyə alimlər bildirib.
Bu keratinositlər CXCL9 və 10 sitokinləri hasil edib. Sitokinlər isə autoimmun proses yaradır.
Yeni dəri köçürülmüş vitiliqo xəstələrində üst qatda hüceyrələrdə bu proses dayanır və metobolik pozulma olmur.
Amma dəri köçürülməsi də xəstəlikdən tam sağalmaya zəmanət deyil, xəstəlik dərinin digər səthində qayıda bilər.
Alimlər əmindir ki, bu nəticələrə əsasən keratinositlərə təsir etməklə vitiliqonun yeni müalicəsini tapmaq olar.
Aygün Musayeva
BakuPost