Gecə 3-ə kimi vurnuxub yata bilməyənlər dərmana əl atmağa tələsməsin. Dərmansız bəzi metodları sınayın.
“Medicina”xəbər verir ki, endokrinoloq Angelina Vodolozkaya yaxşı yatmaq üçün bağırsaqların sağlamlığına diqqət yetirməli olduğumuzu açıqlayıb.
“ Yuxu çatışmazlığı insanı stress, infeksiya və bir çox xəstəliklərə həssas edir.
Alsheymer, yaddaş pozuntusu, demensiya da çox zaman yuxusuzluqdan olur.
Yuxu və ayıqlıq rejimi üçün qidalanma vacib rol oynayır.
Yatmazdan əvvəl acı, yağlı, qızarmış yeməklər yeməyin. Yatmazdan ən geci 2 saat əvvəl yüngül, sağlam qəlyanaltı yeyin.
Yuxu hormonu melotonin üçün triptofanlı aminturşulu toyuq əti, balıq, yumurta, balqabaq, pendir, qaraciyər, kahı yemək lazımdır.
Orqanizmdə maqniy çatışmazlığı da normal yuxuya getməyə mane olur. Bu zaman mərkəzi sinir sistemi oyaq olur.
Bağırsaq milkroflorasında faydalı bakteriyalar B qrup vitamin və triptofanın sovrulması üçün vacibdir. Ona görə gündə 500 qram tərəvəz və göyərti yeyilməlidir.
Yuxusuzluq varsa, vaxtında həll edin, xronikləşməsinə imkan verməyin”.
Aygün Musayeva