“İnsanda xroniki xəstəliklərin kəskin dövrüdürsə, vaksin vurdurmağı məsləhət görmürük”.
Medicina.az xəbər verir ki, bunu Tibb Universitetinin urologiya kafedrasının doktorantı Araz İbrahimov Səhiyyə Nazirliyinin instaqram səhifəsində canlı yayımda deyib. Onun sözlərinə görə, insan böyrək daşından, sidik yollarının soyuqlamasından əziyyət çəkirsə, kəskin dövrdürsə və dərman müalicəsi qəbul edirsə, vaksin vurdurmaq məsləhət deyil:
“Çünki bizim verdiyimiz dərmanlarla eyni vaxtda peyvəndi xəstəyə vursaq, cavab reaksiyası kifayət qədər yaxşı olmayacaq. Həmçinin bu, xəstə üçün təhlükəli ola bilər. Bu dövr də on gün, iki həftə çəkir. Bundan sonra xəstə rahatlıqla peyvəndini vurdura bilər. Əgər bir xəstəyə böyrək köçürülübsə, böyrək köçürülmədən 6 ay əvvəl vaksin vurmaq olmaz. Köçürülmədən 6 ay sonra peyvənd vurula bilər”.