Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Dərmanlarla bağlı xeyli narazılıq var” - Hökumət proqram hazırlayır

  • 2022.11.17 11:43
  • 3141 Baxış
"Dərmanlarla bağlı xeyli narazılıq var” -  Hökumət proqram hazırlayır
“İnsanlar arasında dərman vasitələri ilə bağlı xeyli narazılıq var”.


Medicina.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.


Deputat bildirib ki, hökumət dərman vasitələri haqqında ciddi proqram hazırlayır: “Əminəm ki, bu proqram qəbul ediləndən sonra dərman vasitələri ilə bağlı problem aradan qalxacaq. Belə sənədlərin hazırlanması zamanı Milli Məclisdə olan mütəxəssis deputatları da bu sahəyə cəlb etmək lazımdır. Bunun da proqramın effektivliyinə xeyri olar”.