Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dərmanların təbiətdə analoqları – Aptek, dərman olmayanda nə istifadə edirdilər?

  • 2019.11.29 16:45
  • 6816 Baxış
Dərmanların təbiətdə analoqları –  Aptek, dərman olmayanda nə istifadə edirdilər?
Təbii inqridiyentlərdən preparatlar, təkcə ot, bitki demək deyil, onlar elə əsl dərman təsirli, təbiətin hələ aptek olmadığı dövrdə insanlara yardımıdır.

Hazırda aptekdə satılan bir çox dərmanların özləri də sənaye üsulu ilə alınsa da, əslində kökü təbiətə gedib çatır.  Məsələn, antibiotiklər kimyəvidir, bədənimizi zəhərləyir deyib düşünürük, qorxuruq, əslində onlar da təbiidir.


Medicina.az məşhur dərmanların natural tərkibini və təbiətdə analoqlarını təqdim edir.


1.Aspirin – Asetilsalisil turşusudur. İva ağacının qabıqlarından alınır. Aspirinin icadına təkan verən bu qabıqlarda olan salisin adlı maddə olub. Qədimdə bu ağacın budaqları,kökü, gövdəsinin qabığı titrətmə, qızdırma, ağrı zamanı istifadə olunurdu.

 

Ona görə indi aspirin, salisil turşusu qızdırmasalıcı, ağrıkəsici kimi istifadə edilir. Hazırda bir çox ölkələrdə insanlar, bilənlər, təbiblər hələ də İva ağacının qabıqlarının dəmləməsindən baş, əzələ,oynaq ağrılarında, menstruasiya spazmları, titrətmə əleyhinə istifadə edir. Lakin aspirindən fərqli olaraq, təmiz halda ağacda olan salisinin əks təsirləri də çoxdur. Diareya, həzm pozulması, qusma verə bilər. Aspirində isə bu təsirlər minimuma endirilib.

 

Tarixçilər hesab edir ki, məşhur bəstəkar Bethoveni məhz salisin öldürüb. O, bu maddəni yüksək dozalarda qəbul edirdi. Meyitin yarılması göstərmişdi ki, onun böyrəkləri sıradan çıxıb. Bu, tibdə salisinin belə təsiri barədə ilk qeyd idi. 


2. Antibiotiklər 


Çoxunuz bilirsiz ki, antibiotiki ilk dəfə təsadüfən kəşf ediblər. Aleksandr Fleminq 1928-ci ildə laboratoriyada çirkli kolbaları qoyub tətilə gedib, qayıdanda Penisillium adlı kif göbələyinin stafilakokk bakteriyalarını öldürdüyünü görür. İlk antibiotik penisillin belə yarandı. 

Ona görə antibiotik də təbiətin bəxşişidir.

 



3.Anestetiklər


İlk yerli keyidici vasitə kokain olub. Onu dərman kimi kokain kolunun yarpaqlarından alırdılar. Yerli hindu qəbilələri bu yarpaqları çeynəyirdilər. XIX əsrdə avropalı alimlər kokain ilə maraqlanır, ondan alınan kristalları ağıza qoyanda dil müvəqqəti keyiyirdi.

 

İlk dəfə oftalmoloq Keller kokaini göz əməliyyatı zamanı ağrıkəsici və keyidici kimi istifadə edib. Lakin bu preparatın narkotik asılılıq yaratdığını görən alimlər onu daha təhlükəsiz həddə gətirərək, benzokain, daha sonra novokaini hazırladılar.


4.Xinin


Malyariyanın müalicəsi üçün effektiv dərmandır. 300 ildir ki, malyariyanın müalicəsində istifadə olunur. Xinin ağacının gövdəsindən alınır. 1820-ci ildə alimlər malyariya oyadıcılarını məhv eədn Xinin preparatını bu ağacdan almağı bacardılar. İndi Xinin əvəzinə birinci artemizinin istifadə olunur. O, Çində bitən bir bitkidən alınıb.


5.Kimyaterapiya


Adı kimya olsa da, bəzi kimyaterapiya dərmanları natural tərkibdədir. Trabektedin adlı dərman dəniz heyvanından alınıb. Yumurtalıq şiş hüceyrələrinin böyüməsinə qarşıdır. 


Sulforafan – xaçkimilər bitkilərində olan maddədən hazırlanıb. Bu maddə brokkoli kələmində çoxdur. Sulfofaran DNT-ni mutasiyadan qoruyur, orqanizmi bəd və xoşxassəli şişlərdən və metastazlardan qoruyur. 


Ona görə dədə-babalarımız qədimdə kimyəvi dərmanlardan uzaq idi düşünməyini səhvdir. Kimyanı elə onlar bizdən yaxşı bilirdilər.

 


Dərmanların təbiətdə analoqları –  Aptek, dərman olmayanda nə istifadə edirdilər?
Dərmanların təbiətdə analoqları –  Aptek, dərman olmayanda nə istifadə edirdilər?
Dərmanların təbiətdə analoqları –  Aptek, dərman olmayanda nə istifadə edirdilər?