"Dərman vasitələrinin reklamının tam əleyhinəyəm".
Medicina.az oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, dərmanların reklamı siqareti və spirtli içkilərin reklamından da qat-qat təhlükəli və zərərlidir.
O, qeyd edib ki, dünyanın bir çox yerlərində dərman vasitələrinin reklamı qadağan olunub.
"Ona görə hesab edirəm ki, gələcəkdə bu məsələyə mütləq qayıdılmalıdır. Yəni, dərman vasitələrinin reklamı qadağan edilməlidir. Buna yol vermək olmaz”,-deyə komitə sədri bildirib.