Dərman qiymətlərinin artması gömrüklə bağlı olan məsələ deyil.
"Medicina", bunu Dövlət Gömrük Komitəsinin sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, dərmanlara gömrük rüsumu yoxdur.
“Dərman şirkətləri dərmanlar gələn kimi öz anbarlarına aparmaq istəyirlər və biz də bunun həssaslığını nəzərə alaraq buraxırıq. Dərmanlara gömrük rüsumu yoxdur, ƏDV var və o da azdır”, - deyə o qeyd edib