Yaxın gələcəkdə dərmanlar elektron reseptlə təyin ediləcək.
Medicina.az -ın məlumatına görə, bunu “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışında TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev bildirib.
O qeyd edib ki, hazırda bir çox qurum tərəfindən dərman vasitələri sahəsində yeni addımlar atılır:
“Təkmilləşdirmə fəaliyyəti çərçivəsində dərman vasitələrinin qiymətləndirilməsində, qeydiyyat prosesində, təchizatında rəqəmsallaşdırma prossesləri gedir. Yaxın gələcəkdə rəqəmsallaşdırma prosesi başa çatdıqdan sonra dərman izləmə sistemi ölkəmizdə tətbiq olunacaq. Bundan sonrakı mərhələdə elektron reseptə keçid olacaq. Yəni artıq dərmanlar kağız yox, elektron reseptlərlə təyin olunacaq.”
Dərmanlar dəhşətli dərəcədə keyfiyyətsizdirlər. Azərbaycan xalqını səszis bomba ilə məhv edirlər. Dərman əvəzinə ölkəyə zəhərli bad lar gətirilir. Baha qiymətə xalqa sırınır. Çünki bad lar yemək əlavəsi sayılır və qiymətləri tənzimlənmir. Apteklərdə 20 tablet bad 28-32 manata satılır. Yoxlamaq üçün istənilən aptekə girin və böyrək dərmanı soruşun görün Sizə nə təqdim edəcəklər. Görəsən dərmanlara cavabdeh olan qurumlar niyə bunu görmür, çox ehtimal ki paylarını alırlar.
Reseptləri elektronlaşdırmaq yox,saxta dərmanı təyin edən qurğular quraşdırılmalıdır.