Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dərmanı yarı bölüb içmək olarmı?

  • 2022.10.27 16:40
  • 3016 Baxış
Dərmanı yarı bölüb içmək olarmı?

Hansı hallarda dərmanı bölüb içmək olar?

Bəzi xəstələr bunu qənaət, bəziləri qorxduğu, bəziləri isə dərmanın əlavə zərərini azaltmaq, yarı tabletlə heç nə olmaz deyərək bölür.


"Medicina" xəbər verir ki, farnakologiya üzrə dosent Olqa Stenapova dərmanı bölüb içməyin mümkünlüyündən danışıb.
"Bəzən pasiyentləri çaşdıran məqam həbin ortasında bölünmə xəttinin olmasıdır. Əslində isə bu yalnız dizayn üçündür.

Dərman aşağıdakı hallarda bölünə bilər.

- Yazılan doza aptekdə satılan dozadan aşağıdır. Aptekdə 100 mq doza var, reseptdə həkim 50 mq yazıb. O zaman bölünür.

- tabletin ölçüsü çox böyükdür, udmaqda problem var.
Adətən uşaqlar, ağır xəstələr və yaşlılar belə edir.

- Bəzi sinir, sakitləşdirici dərmanlar, antidepressantlar, yuxu dərmanları, neyroleptikləri dozanı azaltmaqla kəsirlər.
- qənaət məqsədilə böyük dozalı preparatları 2-3 yerə bölmək olar. Amma bu hər dərmanla edilmir.


Aygün Musayeva