Dərmandan zəhərlənmə: məsuliyyət kimin üzərinə düşür? - VİDEO
Dərmandan zəhərlənmə: məsuliyyət kimin üzərinə düşür? - VİDEO
2024.06.06 15:21
1291 Baxış
Xəstələnəndə, yaxud bədənimizdə hansısa ağrı hiss etdikdə dərhal aptekə üz tuturuq. Amma təcrübə və müşahidə göstərir ki, dərmandan istifadədə çox diqqətli olmaq lazımdır. Çünki doğru seçim etmədikdə dərmandan ziyan görə, zəhərlənə bilərik.
Dərmandan zəhərlənmələrlə bağlı statistika qorxuducudur. Məsələn, ötən ay Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 100 nəfər qəbul edilib ki, bunlardan 42-si dərman zəhərlənmələri ilə bağlıdır.
Dərmandan zəhərlənmənin səbəbləri müxtəlifdir.
Medicina.az xəbər verir ki, İTV-nin “Sabaha saxlamayaq” verilişinin növbəti buraxılışında ölkədə dərman problemi, dərmandan zəhərlənmə halları geniş müzakirə olunub, bir sıra suallara cavab axtarılıb.