Bu kliniki hadisə barədə Şotlandiyanın Səhiyyə departamenti məlumat verib. Söhbət 38 yaşlı qadından gedir. Pasiyent psixiatra qızının hiperaktivliyi ilə bağlı gəlmişdi, eyni zamanda özündə də diqqət defisiti olduğunu bildirib. Həkim onu test edib, həqiqətən nevroloji, psixiatrik simptomlar olduğunu dəqiqləşdirib, Atomoksetin adlı dərman təyin edir.
Medicina.az xəbər verir ki, 6 ay dərman qəbulundan sonra qadın həyəcanla yenidən psixiatra gələrək, hallüsinasiyadan şikayətlənib. Ona elə gəlirdi ki, dərisinin altında qara qurdlar gəzir. O, qurdun gəzməsini hiss etdiyini, qolu ilə yuxarı qalxdığını deyir, qurddan xilas olmaq üçün dərisini cırmaqladığını bildirmişdi.
Hətta qadın mətbəxdə divarda da qara qurdların gəzişdiyini gördüyünü deyir.
Həkimlər xəstəni müayinə etdikdən sonra bu qərara gəldilər ki, bu neqativ təsiri qəbul etdiyi Atomoksetin dərmanı yaradıb. Dərmanın əks təsiri hallüsinasiyaya səbəb olub. Dərmanın qəbulu dayandırıldıqdan sonra pasiyentin vəziyyəti zamanla düzəldi.