Sağlamlıq cəhətdən müxtəlif faydaları ilə tanınan sarımsaq xəstəliklərə dərman qədər effektiv təsir göstərir. Xüsusilə də daxili və dəri xəstəlikləri zamanı daha çox dərman məqsədi ilə istifadə edilir.
Medicina.az xəbər verir ki, son zamanlar sarımsağın zərəri ilə bağlı iddia ortaya çıxıb. İddiaya görə sarımsaq faydalı olsa da, çox yemək və ya dərman preparatı kimi udulması mədə xəstəlikləri yaradır.
Həqiqətənmi dərman məqsədilə udulan sarımsaq təhlükəlidir?
Türkiyəli elm adamları bu barədə bir çox təcrübələri sınaqdan keçiriblər. Nəticədə isə sarımsağın faydalı olduğu qədər zərərinin də mövcud olduğunu təsdiqləyiblər.
Araşdırmaya əsasən xüsusilə sarımsaqdan mədəsində qastrit, reflüks problemi yaşayan insanların istifadə etməsi tövsiyə edilmir.
Ehtiyac olsa belə ən çox bir diş sarımsaq faydalı ola bilər.
"Çox udulduğu zaman mədə və mədəyə gedən yolda yanma, acılıq, qıcqırma yarana bilər. Əgər xəstə dərman məqsədilə sarımsaqdan istifadə etmək istəyirsə, bunu ancaq həkim tövsiyəsindən sonra edə bilər”, - deyə araşdırmanın nəticəsində qeyd olunur.
Şəhanə Quliyeva