Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dərman preparatlarını gömrük nəzarətindən gizlədə bilmədilər

  • 2017.09.28 10:48
  • 11878 Baxış
Dərman preparatlarını gömrük nəzarətindən gizlədə bilmədilər
Balakən Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman preparatının gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.


Medicina.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu fakt idarənin "Mazımçay" gömrük postunda Azərbaycana idxal gömrük proseduru altında yük gətirən Türkiyə vətəndaşı Turan İsmail Ali oğlunun idarə etdiyi "DAF" markalı, TR032TR/AA078C qeydiyyat nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı zamanı qeydə alınıb.


Baxış zamanı avtomobilin salonunun yataq hissəsindəki alt yatağın üzərində olan iki ədəd əl çantasında və salonun yuxarı hissəsindəki rəfdə gömrük orqanına bəyan olunmayan 105 flakon "Aesthetic Dermal; Desinfiltral" adlı dərman preparatı aşkar edilib.


Bundan başqa, avtomobilin yataq bölməsindəki yuxarı yatağın döşəyinin altında gömrük nəzarətindən gizlədilmiş 5 qutu "Teosyal; RHR; 4; 2X1 ml", 4 qutu "Teosyal; RHR; 3; 2X1 ml", 1 ədəd qablaşdırma qutusu olmayan "Teosyal; RHR; 3; 1 ml" və 6 qutu olmaqla, ümumilikdə, 132 ampul "Aesthetic Dermal; RPS®HA Eyes" adlı dərman preparatları aşkar olunub.


Faktla bağlı araşdırma aparılır.