Ser Vilyam Osler XIX əsrdə yaşamış Kanadalı tibb alimi və həkimdir. Onun tibdə xidmətləri o qədər qiymətli olub ki, fəxri ser adını alıb.
Osleri müasir Amerika tibbinin atası hesab edirlər.
Medicina.az dahi həkimin xəstəlik, müalicələr barədə qızıldan qiymətli fikirlərini təqdim edir. Qeyd edək ki, həkim xəstənin çox dərman qəbul etməsinin qəti əleyhinə idi.
- Sabun, su, sağlam düşüncə - ən yaxşı dezinfeksiyaedici vasitələrdir
Bu cümlə hazırda bütün ictimai yerlərdə asılmalıdır. Müxtəlif spirt, gel, yuyucu vasitələrlə virusla mübarizə aparmağa çalışan dünya üşün çıxış yolu yenə də sabun və isti sudur. Hələ heç bir super dezinfeksiyaedici vasitə bunu əvəz edə bilməyib.
Pandemiya isə insan üçün sağlam düşüncənin vacib olduğunu qabartdı. Psixikası sakit və aydın olan insana heç nə qorxulu deyil.
- Dərman qəbul edən insan 2 dəfə sağalmalıdır: bir əsas xəstəliyindən, bir də içdiyi dərmanlardan.
Diqqət yetirin, bunu həkim yazıb. Ömrünün yarısını vərəm və pnevmoniyaya həsr etmiş alim.
O bir daha sübut edir ki, xəstəni lazımsız, əlavə dərmanlarla yükləmək olmaz.
Eləcə də müxtəlif BAD və vitaminlər.
Xəstəni yalnız əsas xəstəliyinə vacib olan 1-2 dərmanla müalicə etmək lazımdır. Hətta bundan sonra belə xəstənin orqanizmi bu dərmanların təsirindən sağalmalıdır.
Vitamin D günəşdir. C vitamini isə şoraba kələmlə limon.
XX əsrdə bir neçə farmakoloq alim vitamin C-ni sintezləşdirib süni variantını aldılar. Beləliklə, kələmlə limon unuduldu.
Özünüz baxın: hər il yüzlərlə yeni dərman satışa çıxır, vitaminlər apteklərdə doludur. İnsanlar qutu-qutu dərman içir, amma xəstəliklər sürətlə çoxalır.
- İşləmək, əmək insanın əsas tələbatıdır. Su, hava, qida kimi
İnsan əməyi filosofların axtardığı ölümsüzlük eliksiri, fəsləfə daşıdır. Yalnız əmək metalı qızıla çevirir. Axmağı ağıllı, ağıllını müdrik edir.
Əgər insan işsiz və əməksizdirsə, o xəstələnəcək. İş orqanizmə hava, su, qida kimi lazımdır. Xüsusən burda fiziki işi önə çəkmək lazımdır.