Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dərman bazarı: Niyə Gürcüstana uduzuruq?

  • 2024.03.19 13:07
  • 1546 Baxış
Dərman bazarı:  Niyə Gürcüstana uduzuruq?
“Bu gün ölkədə dərman vasitələrinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi bazarın inhisarlaşmasına gətirib çıxarıb. Kiçik şirkətlər rəqabətə davam gətirməyib bağlandıqdan sonra dərman bazarı böyük şirkətlərin inhisarına keçib”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli deyib.


O bildirib ki, gəlir dəfələrlə çox olduğu üçün iri dərman şirkətləri ölkəyə daha çox bahalı dərman preparatları gətirməyə üstünlük verirlər:

“Halbuki dövlətin məqsədi keyfiyyətli dərmanların gətirilməsinə şərait yaratmaqdır. Bu bazar daha da liberallaşmalıdır ki, rəqabət mühiti yaransın”.

Ekspert qeyd edib ki, Azərbaycanda dərman preparatlarının qiyməti digər dərman istehsal olunmayan ölkələrlə müqayisədə qat-qat bahadır:

“Qonşu Gürcüstanda da dərman istehsalı yoxdur. Amma orada dərmanların qiyməti Azərbaycanla müqayisədə çox ucuzdur. Ümumiyyətlə, ölkədə dərman qiymətləri qonşu Türkiyə və Rusiya ilə də müqayisədə dəfələrlə bahadır”.
Natiq Cəfərlinin dediyinə görə, dərman vasitələrinə əlavə dəyər vergisi qiymətləri daha da bahalaşdırır:
“İdxal edilən dərman preparatlarına görə ödənilən yüksək rüsum da vətəndaşların cibindən çıxır”.