Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dəriyə bahalı kremlərdən daha yaxşı təsir edən kombuça çayı

  • 2024.03.02 14:16
  • 812 Baxış
Dəriyə bahalı kremlərdən daha yaxşı təsir edən kombuça çayı
Dəriyə qulluq yalnız krem və ya toniklərlə edilmir. Son zamanlarda dərini daxildən gözəlləşdirmək trend halına gəlib.

Medicina.az xəbər verir ki, bunun üçün ən yaxşı vasitələrdən biri kombuça çayıdır.

Bu içki fermentləşdirilmiş yaşıl və ya qara çayla hazırlanır. Kombuça çayının tərkibində “Scoby” adlı faydalı bakteriyalar var.

Hazırda bütün dünyada geniş şəkildə istifadə olunan kombuça çayı həzm sistemini tənzimləyir, bədəndə yaxşı və pis bakteriyaların tarazlığını təmin edir. Kombuça çayı bu səbəblə sızanaq, dermatit və ekzema kimi həzm problemləri ilə əlaqəli olan dəri xəstəliklərini də aradan qaldırır.

Dəriyə qulluq vasitələrinin ehtiva etdiyi B2, B6 və B12 vitaminləri ilə eyni effekti verən Kombuça çayı dəriyə parlaqlıq qazandırır.

Təbii fermentasiya, canlı bakteriyalar və maya bu içkini güclü probiotikə çevirir.

Kambuça çayı nə vaxt içilməlidir?

Gündəlik olaraq qazlı içkilər qəbul etmirsinizsə, günün sonunda kombuça çayı içməyi seçə bilərsiniz. Kombuça çayını hər gün içmək olar. Gündə 1-2 stəkan içmək kifayətdir. Tərkibində faydalı bakteriyalar olduğu üçün kombuça çayını otaq temperaturunda istehlak etmək məsləhətdir. Hamilələr həkimlə məsləhətləşdikdən sonra içə bilərlər.

Gül