Əksər insanın, xüsusilə də qadınların problemlərindən biri dəridə çıxan sızanaqlardır.
Medicina.az xəbər verir ki, yağlı yeməklər, fast-food, şirniyyatlar və s sızanaqların çoxalmasına səbəb olur.
Bəs hansı qidalar sızanaqların çıxmasını gecikdirir?
Yaşıl çay - təbii antioksidandır. Dərini və maddələr mübadiləsini tənzimləyir.
Təbii şirə - Meyvə və tərəvəzlər dərini mənfi hüceyrələrdən qoruyur. Təbii sıxılmış şirələr isə dərini vitaminlərlə qidalandırır.
Balıq - Bu qida da dərini qidalandırır. İltihablardan qoruyur. Dəridə qocalmanı gecikdirir.